Messi 2021-ci ildə PSJ-nin futbolçusu olacaq

Kataloniyanın "Barselona" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi 2021-ci ildə "Pari Sen-Jermen" (PSJ) komandasının futbolçusu olacaq.

Bu barədə SİA “RMC Sport”-a istinadən xəbər verir.

Məlumata görə, 33 yaşlı cənubi amerikalı gələn yay Fransanın hazırkı çempionunun heyətini azad agent statusunda dolduracaq.

Xatırladaq ki, 2017-ci ildən Paris klubunda Messinin keçmiş komanda yoldaşı, braziliyalı Neymar da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...