İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Mauro Kamoranezinin yeni iş yeri məlum olub.
SİA xəbər verir ki, 43 yaşlı mütəxəssis “Maribor”da baş məşqçilik edəcək.
Bu barədə Sloveniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kamoranezi ilə üç illik müqavilə imzalanıb.
Keçmiş futbolçu bundan əvvəl Sloveniyanın digər komandası – “Tabor”u çalışdırırdı.
Qeyd edək ki, Kamoranezi İtaliya milli komandasıyla DÇ-2006-nın qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB