2020/21 mövsümünün püşkatması keçiriləcək Voleybol üzrə avrokuboklar
Voleybol üzrə avrokubokların 2020/21 mövsümünün püşkatmasının tarixi bəlli olub.
SİA-nın məlumatına görə, tədbir avqustun 21-də baş tutacaq.
Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında keçiriləcək. Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çelenc kubokunun püşkü atılacaq.
Qeyd edək ki, Azərbaycan avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Qadınlardan ibarət “Azərreyl” klubu Çelenc kubokunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB