Məşhur rus klubunda koronavirusa yoluxanların sayı 11-ə çatdı

Məşhur rus klubunda koronavirusa yoluxanların sayı 11-ə çatdı

Moskva “Spartak”nın gənclər komandasının daha 2 futbolçusu koronavirusa yoluxub.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, testinin nəticəsi müsbət çıxanlar Andrea Romanyoli və Aleksandr Alekseyevdir. Bundan başqa, komandanın massajçısı da koronavirusa yoluxub.

Daha öncə yayılan xəbərə görə, gənclər komandasının 8 üzvündə koronavirus aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə