Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura 2 oyunla start verilib - NƏTİCƏLƏR

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura 2 oyunla start verilib - NƏTİCƏLƏR

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Lester” “Brayton”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Son turda “Mançester Yunayted”lə qollu bərabərə qalan (1:1) “Tottenhem”, bu dəfə “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirib. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası

31-ci tur

23 iyun

Lester – Brayton 0:0

Tottenhem – Vest Hem 2:0

Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.

24 iyun

21:00 Mançester Yunayted – Şeffild Yunayted

21:00 Nyukasl – Aston Villa

21:00 Norviç – Everton

21:00 Vulverhempton – Bornmut

23:15 Liverpul – Kristal Pelas

25 iyun

21:00 Bernli – Uotford

21:00 Sauthempton – Arsenal

23:15 Çelsi – Mançester Siti

Bütün xəbərlər Facebook səhifəmizdə