Koronavirus pandemiyasına görə martdan dayandırılan İtaliya A Seriyası nəhayət ki, bərpa olunub.
SİA xəbər verir ki, əvvəlcə 25-ci turda təxirə salınmış oyunlar keçirilib. A Seriyasının bərpa matçında “Torino” “Parma”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Verona” isə “Kalyari” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.
Digər matçlarda “Atalanta” “Sassuolo”nu, “İnter” isə “Sampdoriya”nı sınağa çəkib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
İtaliya A Seriyası
25-ci tur
21 iyun
Atalanta – Sassuolo 4:1
Qol: Djimsiti, 16. Sapata, 31; 66. Burabia, 37-öz qapısına – Burabia, 90+2.
İnter – Sampdoriya 2:1
Qol: Lukaku, 10. Martines, 33 – Torsbi, 53.
20 iyun
Torino – Parma 1:1
Qol: Nkulu, 15 – Kuçka, 31.
Verona – Kalyari 2:1
Qol: Di Karmine, 14; 26 – Simeone, 43.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB