“Şaxtyor” “Aleksandriya”nı məğlub etməklə 13-cü dəfə Ukrayna çempionu olub
Avropanın daha bir ölkəsində çempion titulunun sahibi müəyyənləşib.
SİA xəbər verir ki, Donetskin “Şaxtyor” klubu Ukrayna Premyer Liqasının qalibi olub.
XXVII turun “Aleksandriya” ilə ev oyununda 3:2 hesabı ilə qalib gələn meydan sahibləri ən yaxın izləyicisi olan Kiyev “Dinamo”su ilə xal fərqini 19-a çatdırıb. Bu, sona 5 tur qalmış çempionluğun rəsmiləşməsi üçün kifayət edib.
Ardıcıl 4-cü dəfə çempion olan “Şaxtyor” ümumilikdə 13-cü dəfə qızıl medallara sahib çıxıb. Bu göstəricidə Ukrayna rekordu isə 15 dəfə qalib olan “Dinamo”ya məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB