"Milan" "Real"ın gənc hücumçusunu heyətinə cəlb etmək istəyir

"Milan" "Real"ın hücumçusu Luka Joviçi heyətinə cəlb edə bilər.

SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 22 yaşlı futbolçunu satın alma şərti ilə iki illik icarəyə götürmək niyyətindədir.

"Milan"ın serbiyalı oyunçunu maaşla bağlı razı salacağı halda, bu transferin reallaşacağı bildirilir.

Qeyd edək ki, gənc forvard bu mövsüm “Real”da 24 oyun keçirib və 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə