"Sent-Etyen" finala çıxaraq PSJ-yə rəqib oldu

"Sent-Etyen" finala çıxaraq PSJ-yə rəqib oldu

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

İkinci yarımfinal görüşü “Sent-Etyen”lə “Renn” arasında baş tutub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, aprelin 25-də baş tutacaq final görüşündə PSJ ilə “Sent-Etyen” üz-üzə gələcək.

Fransa kuboku

Yarımfinal

5 mart

Sent Etyenn – Renn 2:1

Qol: Kolodzeyçak, 43. Budebuz, 90+4 – Nyanq, 33-pen.

4 mart

Olimpik (Lion) – PSJ 1:5

Qol: Terrye, 11 – Mbappe, 14; 70; 90+3. Neymar, 64-pen. Sarabia, 82.

Bütün xəbərlər Facebook səhifəmizdə