Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq.
SİA xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.
E.Məmmədov daha sonra deyib: "Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".
Qeyd edək ki, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB