İdmançılarımız uşu üzrə açıq Avrasiya turnirində iştirak edirlər

İdmançılarımız uşu üzrə açıq Avrasiya turnirində iştirak edirlər

Noyabrın 26-da Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turnirinə start verilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 6 nəfərlik komanda təmsil edir.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizlə yanaşı, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə