Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.
23 yaşlı hücumçu seçmə mərhələnin son turunda Slovakiya ilə görüşdə qalib gəlməyə çalışacaqlarını söyləyib: "İtirəcəyimiz bir şey yoxdur. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Bu gün bütün futbolçular mübarizə apardılar. Özümün də çox səhvim oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB