Oktyabrın 25-də Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək. SİA-nın məlumatına görə, ölkəmizi turnirdə qrossmeyster Azər Mirzəyev təmsil edəcək.
Yarışa 140 şahmatçı qatılacaq ki, onların da 12-si qrossmeysterdir.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB