Azərbaycanlı referi oyuna təyinat alıb

Azərbaycanlı referi oyuna təyinat alıb

Azərbaycanın FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.

SİA-nın məlumatına görə, o, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Matç oktyabrın 2-də Kiyevdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə