Fransa millisinin sabiq futbolçusu “Fənərbaxça”da

Fransa millisinin sabiq futbolçusu “Fənərbaxça”da

Futbol üzrə Fransa millisinin sabiq mərkəz müdafiəçisi Adil Raminin “Fənərbaxça”ya keçidi rəsmiləşib. İstanbul klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, 33 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Klub transferin maddi dəyəri haqda açıqlama verməyib. Onunla müqavilə "Şükrü Saracoğlu" stadionunda imzalanıb. Qeyd edək ki, Rami son 2 mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə