Komandalarımız dörddəbir finalına yüksəliblər

Komandalarımız dörddəbir finalına yüksəliblər

Avqustun 3-də Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin dörddəbir finalçıları müəyyənləşib.

SİA-nın məlumatına görə, Azərbaycanın üç komandası turnirin dörddəbir finalına yüksəlib. Bu mərhələdə Braziliya komandası İtaliya, İran-1 kollektivi Azərbaycan-3, Avstriya futvolleyçiləri Azərbaycan, Moldova-2 isə Azərbaycan-4 ilə qarşılaşacaq.

Avqustun 4-də yekun vurulacaq beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə