“Neftçi” “Millətlər Birliyi Kuboku”nda iştirak edəcək

“Neftçi” “Millətlər Birliyi Kuboku”nda iştirak edəcək
Fevralın 13-də Xarkovda qarışıq təkbətək döyüş üzrə "Millətlər Birliyi Kuboku" beynəlxalq illik komanda turnirinin 13-cü mərhələsi keçiriləcəkdir. SİA-nın xəbərinə görə, turnirdə 6 komanda iştirak edəcəkdir. Azərbaycanın "Neftçi" komandası "Pro Team Peresvit" (Xarkov) komandası ilə, "Team MMA Rocks" (Polşa) "Akademiya MMA" (Belarus) ilə, "AE Team" (Rusiya) isə "Geo Fight" (Gürcüstan) ilə qarşılaşacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə