Futvolley üzrə Azərbaycan Kuboku keçiriləcək

Sabah Bakıda Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda 6 komanda iştirak edəcək. Turnir dairəvi sistem üzrə təşkil ediləcək. Sonda ən yüksək xal toplamış komanda qalib olacaq.

Qeyd edək ki, iyul ayında futvolley üzrə Azərbaycan çempionatı, avqustda isə ənənəvi beynəlxalq tunir təşkil olunacaq. Beynəlxalq turnirdə 20-dən çox ölkənin komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə