Ramos klubuna sadiqdir

Çin klubuna keçəcəyi haqda xəbərlər yayılan "Real"ın kapitanı Serxio Ramos bu gün mətbuat konfransı keçirib.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, "Real"dan ayrılmaq fikrində olmadığını və karyerasını Madrid klubunda başa vurmaq istədiyini bildirib:

"Klub prezidenti ilə münasibətim yaxşıdır, ata-oğul kimiyik. Onunla birlikdə yeni "Real" qurmaq istəyirəm. Klub üçün oynamağa hələ gücüm var. Bu, 2, 4 və ya 6 il ola bilər. Mediada haqqımda yayılan xəbərlərə görə məyusam. Bugünkü mətbuat konfransında hər şeyə aydınlıq gətirmək istədim. Daha çox pul qazanmaq istəməyimlə bağlı ucuz söhbətlər dolaşır. İki həftədən sonra ailə həyatı quracam. Buna görə də bu söhbəti bağlamaq istəyirəm".

Qeyd edək ki, Ramosun İspaniya banklarının birindən küllu miqdarda pul götürdüyü və bu vəsaiti ödəmək üçün ona daha yaxşı müqavilə təklif edən Çin klubuna keçəcəyi haqda xəbərlər yayılməşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə