"Çelsi" ciddi itki ilə üzləşib

"Çelsi" ciddi itki ilə üzləşib

"Çelsi" ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələnən Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb. İngiltərə millisinin üzvü Avropa Liqasının finalında "Arsenal"a qarşı oynamayacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə