U-16 (qızlar) qələbə qazanıb

U-16 (qızlar) qələbə qazanıb

16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.

Qeyd edək ki, U-16 növbəti oyununu mayın 9-da Belarus yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə