"Liverpul"un futbolçusu: "Qisas almağa hazırıq"

"Liverpul"un futbolçusu: "Qisas almağa hazırıq"

"Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb. Britaniya mətbuatının yazdığına görə, o, görüşün çətin keçəcəyini deyib: "Rəqib yaxşı formadadır. Onlar özlərini yaxşı hiss edir və oyuna hazırlaşmağa çox vaxtları var .Ancaq biz də son zamanlar yaxşı oynayırıq. Özümüzə güvənirik və qisas almağa hazırıq".

Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü mayın 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com