“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger vaxtilə rəhbərliyi altında oynamış Patrik Vieyra haqda danışıb. Fransa mətbuatının yazdığına görə, 69 yaşlı mütəxəssis hazırda Fransanın "Nitsa" klubunda çalışan həmyerlisini gələcəkdə London klubunun baş məşqçisi vəzifəsində görmək istədiyini deyib:
“Onun təbii xarizması var. Həm zərif, həm də güclüdür. O, karyerasını günü-gündən səbr və ağıllla irəliyə aparır. Gənc yaşında futbolu atdı. Məşqçilik üçün Nyu-Yorka getdi. İndi də “Nitsa”da daha da təkmilləşir. Komandasının çətin vaxtları oldu, amma bu dönəmdə acizlik göstərmədi. Onu “Arsenal”da görürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB