Andre Qomeş diskvalifikasiya olunub

Andre Qomeş diskvalifikasiya olunub

"Everton"un yarımmüdafiəçisi Andre Qomeş üç oyunluq diskvalifikasiya olunub.

SİA-nın məlumatına görə, portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində "Fulhem"lə oyunun sonlarında rəqibin hücumçusu Aleksandr Mitroviçə qarşı kobud hərəkətinə görə cəzalanıb.

Beləliklə, 25 yaşlı oyunçu İngiltərə çempionatının qarşıdakı "Mançester Yunayted", "Kristal Pelas" və "Börnli" ilə oyunlarında öz komandasına kömək edə bilməyəcək.

O, yalnız çempionatın son turunda "Tottenhem"lə oyunda meydana dönə biləcək.

Qeyd edək ki, Andre Qomeş "Everton"da icarə əsasında çıxış edir. Onun əsas komandası İspaniya nəhəngi "Barselona"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə