"Qarabağ" "Neftçi"ni eyni xalla izləyir

"Qarabağ" "Neftçi"ni eyni xalla izləyir

Bu gün Topaz Premyer Liqada 23 turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, "Qəbələ" öz meydanında çempionluğa namizəd Ağdamın "Qarabağ" klubunu qəbul edib. Görüşdə sevinən tərəf qonaqlar olub. "Qarabağ"ın iki qolunun qarşılığında meydan sahibləri bir dəfə fərqləniblər. Qonaqların qollarına 3-cü dəqiqədə Donald Gerye, 82-ci dəqiqədə isə Araz Abdullayev imza atıblar. Meydan sahiblərinin isə yeganə qolunu 23-cü dəqiqədə Rauf Əliyev vurub.

Bununla da xallarının sayını 51-ə çatdıran Ağdam təmsilçisi ilk pillədəki "Neftçi" ilə fərqin yaranmasına imkan verməyib. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.

Turun son görüşündə bu gün "Səbail" "Sabah"ın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə