Rüfət Dadaşov meydana çıxmağa hazırdır

Rüfət Dadaşov meydana çıxmağa hazırdır

Millimizin üzvü Rüfət Dadaşov zədəsini sağaldıb. SİA-nın məlumatına görə, bu barədə hücumçunun çıxış etdiyi Almaniyanın "Proyssen" klubunun baş məşqçisi Marko Antverpen məlumat verib.

Baş məşqçi bildirib ki, yığmanın düşərgəsindən zədəli qayıdan və bu səbəbdən III Bundesliqanın ötən turunun oyununu ehtiyatda keçirən Rüfət artıq komanda ilə məşqlərdə iştirak edir. Futbolçumuz növbəti turun "Mappen"lə oyununda meydana çıxmağa hazırdır.

Qeyd edək ki, "Proyssen" - "Mappen" oyunu bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə