"Bavariya" Robert Levandovski ilə yeni müqavilə imzalayacaq

"Bavariya" Robert Levandovski ilə yeni müqavilə imzalayacaq

"Bavariya" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalamaq istəyir. "Sport Bild"in yaydığı məlumata görə, Münhen klubu 30 yaşlı hücumçu ilə müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmağa hazırdır. Xəbərdə bildirilib ki, "Leyptsiq"in hücumçusu Timo Verner yayda "Bavariya"ya keçə bilər. Münhen təmsilçisi buna baxmayaraq, Levandovskiyə olan etimadını göstərmək üçün onu komandada saxlamağa qərar verib.

Qeyd edək ki, polşalı futbolçu bu mövsüm Bundesliqada 23 matçda 15 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə