"Zirə" baxışa yeni futbolçu dəvət edib

"Zirə" baxışa yeni futbolçu dəvət edib

"Zirə" baxışa yeni futbolçu dəvət edib. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan məlumata görə, paytaxt təmsilçisi malavili hücumçu Robin Nqalandeni sınaqdan keçirir. 26 yaşlı oyunçu komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana ilə birlikdə bu gün Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə də iştirak edib.

Qeyd edək ki, son olaraq, CAR təmsilçisi “Baroka”da çıxış edən Nqalande 6 aydır klubsuzdur. 2009-cu ildə Əlcəzairdə keçirilən Afrika Gənclər Çempionatında diqqətləri üzərinə çəkən forvard Madrid “Atletiko”su tərəfindən akademiyaya cəlb edilib. İki illik İspaniya macərasının ardından “Bidvest Vist”ə keçən oyunçu icarə əsasında CAR-ın digər klubları “Ayaks Keyp Taun” və “Platinium Starz”da da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə