Moratanın "Atletiko"ya keçidi rəsmiləşib

Moratanın "Atletiko"ya keçidi rəsmiləşib

"Çelsi"nin futbolçusu Alvaro Moratanın "Atletiko"ya keçidi rəsmiləşib. Klubunun saytında yer alan xəbərə görə, 26 yaşlı hücumçu 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında Madrid təmsilçisində çıxış edəcək.

İspaniya mətbuatı "Atletiko"nun "Çelsi"yə 7.5 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub oyunçunun müqavilənin müddəti başa çatdıqdan sonra 40 milyon avro da ödəyərək Moratanı birdəfəlik ala biləcək.

Qeyd edək ki, Morata 2017-ci ilin yayında "Real"dan "Çelsi"yə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə