“Real”ın futbolçusu Qaret Beyl klubu tərəfindən cəzalandırılıb. SİA-nın məlumatına görə, buna La Liqanın 18-ci turunda "Real Sosyedad"la oyunu zədəli olduğu üçün tribunadan izləyən 29 yaşlı hücumçunun matçın 78-ci dəqiqəsində stadionu tərk etməsi səbəb olub.
Uels millisinin üzvünə məbləği açıqlanmayan pul cəzası verildiyi bildirilir.
Qeyd edək ki, Madrid klubunun nizam-intizam qaydalarına əsasən heyətdən kənarda qalan futbolçuların da komandaya dəstək məqsədi ilə tribunadan oyunu sonadək izləməsi mütləqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB