Mourinyo "Real"a qayıda bilər

Joze Mourinyo "Real"a qayıda bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı “kral klubu”nun prezidenti Florentino Pereslə görüşüb. Mourinyo kluba qayıtmağa hazır olduğunu deyib. Lakin o, şərt qoyub. "Real" qışda yarımmüdafiəçi və hücumçu almalıdır.

Qeyd edək ki, hələ dekabr ayında İspaniya mətbuatında Mourinyonun Madridə qayıdacağı ilə bağlı xəbərlər yer almışdı. Portuqaliyalı 2010-2013-cü illərdə "Real"da işləyib. Mütəxəssis komandaya ölkə çempionluğu və İspaniya Superkubokunu qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə