Qonsalo Martines Cənubi Amerikada ilin ən yaxşı futbolçusu seçilib

Qonsalo Martines Cənubi Amerikada ilin ən yaxşı futbolçusu seçilib

Cənubi Amerikada 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Gazeta Esportiva”nın yaydığı xəbərə görə, “River Pleyt”in yarımmüdafiəçisi Qonsalo Martines Cənubi Amerikada ötən ilin ən yaxşısı seçilib. Argentinalı futbolçu jurnalistlərin keçirdiyi sorğuda 130 səslə qalib olub.
Qeyd edək ki, Martines 2018-ci ildə bütün turnirlərdə 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə