“Vilyarreal”ın sabiq futbolçusu Nikki Billi Nilsen silahlı hücuma məruz qalıb. Hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib. 30 yaşlı hücumçunu öldürməyə cəhd edən cinayətkarlar ona odlu silahdan atəş açıblar. Nəticədə Nilsenin əli yaralanıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bir qadın və bir kişi həbs olunsa da, 3-cü şəxs şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Danimarka millisində 3 oyun keçirən, “Elçe”, “Rayo Valyekano” və “Rusenborq” kimi komandaların şərəfini qoruyan təcrübəli forvard hazırda klubsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB