"Zirə" Adil Nağıyevlə müqaviləyə xitam verib

"Zirə" Adil Nağıyevlə müqaviləyə xitam verib

"Zirə"də ayrılıq baş verib. SİA-nın məlumatına görə, müdafiəçisi Adil Nağıyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 23 yaşlı futbolçunun "Sumqayıt"a transferi gün ərzində açıqlanacaq.

Qeyd edək ki, A.Nağıyev 2015-ci ildən "Zirə"də çıxış edirdi. O, Bakıətrafı qəsəbə təmsilçisində 103 oyun keçirməklə klub tarixinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə