Baş məşqçi Ruslan Qurbanovu bağışladı

Baş məşqçi Ruslan Qurbanovu bağışladı

"Səbail" klubu futbolçusu Ruslan Qurbanovu bağışlayıb. SİA-nın məlumatına görə, intizamsız hərəkətlərinə görə əvəzedici komandaya göndərilən millinin üzvü əsas komandaya qaytarılıb. Bu qərarı komandanın baş məşqçisi Aftandil Hacıyev verib. Yarımmüdafiəçi məşqçiyə yaxınlaşıb, səhv etdiyini etiraf edib.

Gənc mütəxəssis R.Qurbanovu bağışlayıb və səhvinin təkrarlanmaması üçün xəbərdarlıq edib.

Qeyd edək ki, Ruslan Qurbanov klubun bazasını icazəsiz tərk etdiyi üçün əvəzedici komandaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə