Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb. "Marca" nəşri yazır ki, 33 yaşlı yarımmüdafiəçi oyunçu karyerasını hazırkı klubunda sonlandırmaq istədiyini bildirib: "Mənim klubumla iki illik müqaviləm var. Ümid edirəm ki, daha bir mövsüm bu komandada qalacağam. Karyeramı burada bitirmək istərdim. Ailəm də Madriddə xoşbəxtdir. Bu böyük klub üçün oynamaqdan zövq almaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB