Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək yarışda ölkənin ən güclü 350-yə yaxın idmançısı mübarizə aparır. Yarışın ilk günü tatami üzərində 48, 52, 57, 63, 70, 78, +78 kq çəki dərəcələrində qadınlar və 60, 66 və 73 kq çəki dərəcələrində kişilər arasında qaliblər müəyyənləşib. Yarışda Azərbaycan çempionu tituluna Ayşə Qurbanlı (48 kq), Şəhanə Hüseynova (52 kq), Natalya Musayeva (57 kq), Elmira Mustafayeva (63 kq), Rəbiyyə Qarayeva (70 kq), Leyla İsgəndərli (78 kq), Nərgiz İbrahimova (78 kq-dan yuxarı), İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Ramil Qasımov (73 kq) layiq görülüblər.
Bu gün isə 81, 90, 100 və 100 kq-dan artıq çəkilərdə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, çempionatın baş hakimi beynəlxalq dərəcəli hakim Zair Məmmədovdur.
Bu gün isə 81, 90, 100 və 100 kq-dan artıq çəkilərdə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, çempionatın baş hakimi beynəlxalq dərəcəli hakim Zair Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB