Bu ilin qışında "Qarabağ"ı "Xançjou Qrintaun"a dəyişən Dino Ndlovu Çin klubunun tarixinə düşüb. Qol.az-ın "kickoff.com" saytına istinadən yaydığı xəbərə görə, Cənubi afrikalı hücumçu 23 oyunda vurduğu 19 qolla komandada bir mövsüm ərzində ən çox fərqlənən futbolçu olub.
Qeyd edək ki, "Xançjou Qrintaun" mövsümün başa çatmasına 1 tur qalmış 51 xalla 2-ci pillədədir. Komanda noyabrın 3-dəki son oyunda qalib gələ bilsə, turun digər matçlarının nəticəsindən asılı olmayaraq, Çin Super Liqasına vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB