Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib - FOTOLAR

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib - FOTOLAR

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəb”ində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları uşaqların təhsil və yaşayış şəraiti ilə tanış olublar. Tədbir Şüvəlan qəsəbəsində yerləşən “Mcdonalds”da davam edib. Əyləncə mərkəzi uşaqların ixtiyarına verilib. Uşaqlara nahar süfrəsi təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə