“Baku Fires” və “İncheon Red Wings”ın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib

“Baku Fires” və “İncheon Red Wings”ın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib

Boks üzrə WSB  liqasında mübarizə aparan "Baku Fires" komandası növbətini  görüşünü bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Cənubi  Koreyanın "İncheon Red Wings" klubuna qarşı keçirəcək. SİA-nın məlumatına görə, bu məqsədlə dekabrın 11-də hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. İlk olaraq çıxış edən WSB liqasının supervayzeri Narsi Kişen bir daha bu liqa haqqında geniş məlumat verib. O, "Baku Fires" klubunun hər iki görüşdə qələbə qazandığını xatırladaraq, növbəti qarşılaşmanın da maraqlı olacağını bildirib. Koreya klubunun baş məşqçisi  Mars Koçkaryov bundan əvvəlki iki görüşdə uduzduqlarını, amma bu dəfə yalnız qələbə üçün rinqə çıxacaqlarını bildirib: "Amma Bakı komandası da bu yarışa çox ciddi hazırlaşıb. Təsadüfi deyil ki, onlar hər 2 döyüşdən qalib ayrılıblar".
Hər iki komandanın boksçuları təqdim olunduqdan sonra çəki prossesinə başlanıb. Jurnalistlərin suallarını cavablandıran "Baku Fires" komandasının baş məşqçisi Yevgeni Kotov bütün boksçulardan qələbə gözlədiyini bildirib. O, yanvarın 21-də start götürəcək Azərbaycan çempionatında "Baku Fires" komandasının hansı üzvlərinin vuruşacağına bu görüşdən sonra aydınlıq gələcəyini vurğulayıb. "Baku Fires"in baş meneceri Rizvan Gəncəyev rəqib komandanın heyətində Bahadırjon Sultonov kimi Dünya çempionatının bürünc mükafatçısı olan güclü boksçunun yer aldığını qeyd edib: "Amma buna baxmayaraq, biz 3-cü görüşdə də qələbə qazanmaq niyyətindəyik. Məqsədimiz qrup mərhələsini lider kimi başa vurmaqdır". Qeyd edək ki dekabrın 11-də keçiriləcək döyüşdə boksçularımızdan Məhəmməd Əbdülhəmidov (54 kq) Dju Son Kimlə, Romal Amanov (61 kq) Bahadırjon Sultonovla,  Soltan Migitinov (73 kq) Viktor Kotijuanski ilə, Ramazan Maqomedov (85 kq)  Pis Papuni ilə, Beka Lobjanidze (91+) isə Mixail Muntyanla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə