"Real Madrid"ın baş məşqçisi Xulen Lopeteqi komandanın əsas qapıçısını müəyyənləşdirməyə yaxındır. SİA-nın məlumatına görə, əsas qapıçı böyük ehtimalla Tibo Kurtua olacaq. Belçikalı qolkiper "Atletiko" ilə matçda start heyətdə meydana çıxacaq.
Navas isə Kosta-Rika millisinə çağırılmaqdan imtina edib və "Real"ın düşərgəsində qalıb. O, Lopeteqini Kurtuadan daha yaxşı formada olduğuna inandırmaq üçün bu adddımı atıb. Amma Navasın buna müvəffəq olmadığı bildirilir. "Real" müxtəlif turnirlərə görə, qapıçıları növbə ilə oynatmağı planlaşdırmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB