Qazaxıstan Krasnoyarsk komandasını məğlub edib - Dünya Köçəri Oyunları
Qırğızıstanda təşkil edilən III Dünya Köçəri Oyunlarında kok-boru üzrə yarışlar keçirilir. SİA-nın məlumatına görə, Baktuu-Dolonotu kəndindəki cıdır meydanında baş tutan yarışda Qazaxıstan millisi Krasnoyarsk (Rusiya) komandası ilə qarşılaşıb. Oyunda qazaxlar 15:3 hesabı ilə qalib gəliblər.
Bu gün isə Qazaxıstan millisi qrupda növbəti rəqibi ABŞ-la qarşılaşacaq.
Qeyd edək ki, kok-boru üzrə yarışlarda 12 komanda 4 qrupda mübarizə aparır.
Onu da nəzərinizə çatdıraq ki, Azərbaycanın tanınmış media orqanlarının rəhbərləri də Qırğızıstanda yarışları izləyirlər.
A qrupu
Qırğızıstan
Altay
Monqolstan
B qrupu
Moskva (Rusiya)
Çin
Əfqanıstan
C qrupu
Qazaxıstan
ABŞ
Krasnoyarsk (Rusiya)
D Qrupu
Başqırdıstan
Fransa
Özbəkistan
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB