Nuri Şahin “Verder”ə transfer olunub

Nuri Şahin “Verder”ə transfer olunub

Futbol üzrə Türkiyə millisinin üzvü Nuri Şahinin yeni komandası məlum olub. SİA-nın məlumatına görə, Dortmund “Borussiya”sı ilə yollarını ayıran futbolçu Bundesliqanın digər təmsilçisi “Verder”lə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu gün tibbi müayinədən keçən yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 17 nömrəli forma geyinəcək.

Türkiyəli oyunçu 2014-cü ildən “Borussiya”da çıxış edirdi. N.Şahin 2005-2011-ci illərdə də "Borussiya"da oynayıb. Sonra "Real" və "Liverpul"da çıxış edən 29 yaşlı oyunçu yenidən Dortmund klubuna qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə