Enrike Sereso: "Filipe Luis "Atletiko"da qalacaq"

Enrike Sereso: "Filipe Luis "Atletiko"da qalacaq"

"Atletiko" futbol klubunun prezidenti Enrike Sereso müdafiəçi Filipe Luisin Madrid klubundan ayrılacağı barədə yayılan iddialara münasibət bildirib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, braziliyalı müdafiəçinin klubdan ayrılmayacağını bildirib: "Luis "Atletiko"nun önəmli oyunçularındandır. O, burada qalacaq".

Qeyd edək ki, F.Luislə PSJ-nin maraqlandığı iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə