"Real" hücum xəttini gücləndirib

"Real" hücum xəttini gücləndirib

"Real" hücum xəttini gücləndirib. SİA-nın məlumatına görə, "kral klubu" “Lion”un hücumçusu Mariano Diası 20 milyon avroya transfer edib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, dominikanlı futbolçu "Real"ın yetirməsidir. Dias ötən il Madrid klubundan "Lion"a 7 milyon avroya transfer olmuşdu. "Real" müqavilədə geri alma şətindən istifadə edərək, Diası transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə