"Milan"ın yeni kapitanı müəyyənləşib

"Milan"ın yeni kapitanı müəyyənləşib

"Milan" futbol klubunun yeni kapitanı müəyyənləşib. SİA-nın məlumatına görə, bundan sonra kapitanlıq sarğısını 23 yaşlı müdafiəçi Alessio Romanoli daşıyacaq. İtaliya millisinin üzvü 2015-ci ildən "Milan"da çıxış edir.

Qeyd edək ki, ötən mövsüm "rassonyerlər"in kapitanı Leonardo Bonuççi idi. O, yayda sabiq komandası "Yuventus"a qayıtdığından "Milan"a yeni kapitan seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə