Pol Poqba kimi seçəcək: “Barselona”nı yoxsa “Yuventus”u?

Pol Poqba kimi seçəcək: “Barselona”nı yoxsa “Yuventus”u?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişə bilər. “Mundo Deportivo” nəşrinin yazdığına görə, bu barədə fransalı futbolçunun meneceri Mino Rayola məlumat verib. O, danışıq aparmaq üçün İngiltərəyə getdiyini bildirsə, 25 yaşlı oyunçu ilə maraqlanan klubların adlarını açıqlamayıb.
İspaniya mətbuatı isə iddia edir ki, Poqbanın qarşısında 2 seçim var: “Barselona” və “Yuventus”. Hər iki variantı götür-qoy edən futbolçunun yaxın günlərdə qərarını açıqlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə