Vitali Rəhimov bu gün evlənir - ÖZƏL

Vitali Rəhimov bu gün evlənir - ÖZƏL

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü, Dünya 3-cüsü, Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Vitali Rəhimov subaylığın daşını atıb. SİA-nın məlumatına görə, bu gün güləşçinin toy mərasimi keçirilir. Toy mərasimi "Kral" şadlıq evində təşkil olunub.
Güləşçi öz yerlisi olan qızla ailə həyatı qurub.

Xatıırladaq ki, V.Rəhimov 1984-ci il avqust ayının 27-də dünyaya gəlib. O, 2005-ci ildə Avropa çempionu olub. İdmançı 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarının 60 kq çəki dərəcəsində gümüş medalını qazanıb. O, 2009 və 2010-cu ildə Dünya çempionatının bürünc mükafatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə