“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünya çempionatı ilə bağlı növbəti proqnozunu verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bu dəfə ev sahibi Rusiyanın şanslarını dəyərləndirib.
Mourinyonun fikrincə, ruslar qrup səddini ikinci pillədə başa vuracaq: “Məncə, Rusiya qrupdan ikinci pillədə çıxmağı bacaracaq. 1/8 finalda da onların rəqibi İspaniya olacaq. İspanlar isə fantastik komandadı”.
Qeyd edək ki, Rusiya A qrupunda Səudiyyə Ərəbistanı, Uruqvay və Misirlə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB