Marku Silva "Everton"un baş məşqçisi oldu

Marku Silva "Everton"un baş məşqçisi oldu

"Everton"un yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, Türkiyə millisinin hücumçusu Cenk Tosunun da da formasını geyindiyi ingilis klubu Marku Silvaya tapşırılıb. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 40 yaşlı məşqçi son olaraq İngiltərənin digər klubu "Uotford"u çalışdırıb.
Qeyd edək ki, Silva bu vəzifədə mövsümün sonunda istefaya göndərilən Sem Ellardaysı əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə